Azərbaycana narkotik keçirmək istədilər
İrandan Azərbaycana narkotik keçirmək istəyən şəxs yaxalanıb.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Astara Gömrük İdarəsinin əməkdaşları İrandan ölkəmizə piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama zamanı ondan narkotik vasitələr aşkar ediblər.
Öncə vətəndaşın corabında bir ədəd bükümdə xalis çəkisi 17,675 qram olan heroin, sonra isə çantasının cibində 3 ədəd həb şəklində "Metadon" adlı dərman preparatı aşkar edilib.
Xatırladaq ki, metadon adlı həb "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in siyahısına daxildir və aşkar olunan 3 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,12 qram təşkil edir.
Faktla bağlı araşdırma aparılır.
BAKU.WS
Oxşar xəbərlər
Ərzaq məhsullarının arasından güclü təsir edən maddə çıxdı
Astara Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, İrandan Azərbaycana piyada gələn Azərbaycan və...