İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı
31
mar
2018
17:32
Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb.DGK-dan BAKU.WS-ə verilən məlumata görə, həmin vətəndaşın üzərində şəxsi yoxlama zamanı qanunla qadağan edilən hər hansı predmet aşkar edilməsə də, onun həkim müayinəsinə zərurət yaranıb və daxili orqanları müayinədən keçirilib. Nəticədə xanım vətəndaşın cinsiyyət orqanında 2 bükümdə, ümumi xalis çəkisi 49,583 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.Faktla bağlı araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
İrandan Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alınıb
Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn İran İslam Respublikası vətəndaşının...