DTX və polis qanunsuz pul çıxaran şəxsə qarşı əməliyyat keçirib

DTX və polis qanunsuz pul çıxaran şəxsə qarşı əməliyyat keçirib
Hadisə 2103

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Nəsimi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları vətəndaşın "Kapital Bank”dakı hesabından pul çıxaran şəxsə qarşı əməliyyat keçirib.

"Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin saytı məlumat yayıb.

Belə ki, cari ilin may ayının 11-də Bakı şəhər sakini Qızqayıt Abbasova Nəsimi RPİ 22-ci Polis Bölməsinə müraciət edərək "Kapital Bank”dakı hesabından 207 manat pulunun yoxa çıxmasını bildirib.

Dövlət Təhlükəsizliyi Xidməti və Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Q.Abbasovanın pulunun Qazax rayon sakini Əli Əliyev tərəfindən internet vasitəsi ilə çıxarılması müəyyən edilib və o, iyunun 12-də Nəsimi rayonu ərazisində tutularaq istintaqa təhvil verilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

BAKU.WS

Oxşar xəbərlər

Bakıda qadınları qorxuya salan oğru danışdı: “Qadınları izləyib, döyürdüm” – VİDEO

Bakıda qadınları qorxuya salan oğru danışdı: “Qadınları izləyib, döyürdüm” – VİDEO

Bakıda qadınlara qarşı zorakılıq edən şəxs saxlanılıb. ARB TV xəbər verir ki, iyun ayının 3-ü saat 18 radələrində Nəsimi rayonu ərazisində naməlum şəxs Bakı şə...

3409 Hadisə 13:30 07 iyun 2017

Son xəbərlər