Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb
08
okt
2026
17:45
Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb.
Bu barədə BAKU.WS-ə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.
Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının "Zaqatala" sərhəd dəstəsinin xidməti ərazisində oktyabr ayının 6-da həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində 1 Mərakeş vətəndaşı, oktyabrın 7-də isə "Şəmkir" sərhəd dəstəsinin xidməti ərazisində 2 Əfqanıstan vətəndaşı Azərbaycandan Gürcüstan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.
Faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Oxşar xəbərlər
Müdafiə Nazirliyində mənimsənilmiş dövlət vəsaitinin 12 milyon manatını general qaytarıbmış
Müdafiə Nazirliyində mənimsənilmiş ümumilikdə 160 milyon manat dövlət vəsaitinin nə qədərinin ödənildiyi məlum olub. BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər veri...