DİN Zaqataladakı polis məntəqəsindəki partlayışla bağlı məlumat yaydı

DİN Zaqataladakı polis məntəqəsindəki partlayışla bağlı məlumat yaydı
Hadisə 1074
 

Daxili İşlər Nazirliyi (DİN) Zaqatala rayonunda baş verən partlayışla əlaqədar məlumat yayıb.

DIN mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, mayın 1-də saat 07.30 radələrində Zaqatala Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis kapitanı Rövşən Balıyev Əliabad qəsəbəsi ərazisində yerləşən polis məntəqəsinin qapısını açarkən partlayış baş verib. Nəticədə məntəqənin qapı və pəncərə şüşələri dağılıb, xəsarət almış R.Balıyev DİN-in A.Heydərov adına Respublika Hospitalına yerləşdirilib.

Partlayışın qumbara partlamasından baş verməsi ehtimal olunur.

Faktla bağlı araşdırmalar davam etdirilir.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda polis bölməsində partlayış: Kapitan yaralandı

Azərbaycanda polis bölməsində partlayış: Kapitan yaralandı

Zaqatalada polis sahə müvəkkilinin iş otağında partlayış baş verib, polis kapitanı qəlpə yaraları alıb. BAKU.WS xəbər verir ki, Zaqatala Rayon Mərkəzi Xəstəxan...

1693 Hadisə 10:22 01 may 2016

Son xəbərlər