DİN-dən məktəblinin zorlanması xəbəri ilə bağlı - AÇIQLAMA
20
iyn
2018
18:59
Lerik rayonunda məktəblinin zorlanması ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət olunmayıb.BAKU.WS-in məluymatına görə, bunu Oxu.Az-a açıqlamasında nazirliyin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə bildirib.Onun sözlərinə görə, məktəblinin zorlanması ilə bağlı yayılan məlumatlar əsassızdır:“İddia olunan faktla bağlı DİN-in Lerik rayon Polis Şöbəsinə və digər aidiyyəti sutrukturlara heç bir bir müraciət daxil olmayıb”.Orxan Mansurzadə qeyd edib ki, məktəblinin zorlanmasında adı hallanan şəxsin evinə kənd camaatının hücum etməsi ilə bağlı yayılan məlumatlar da dezinformasiyadır.Qeyd edək ki, Lerik rayonunda VII sinif şagirdinin zorlanması ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.BAKU.WS
Oxşar xəbərlər
Lerikdə 7-ci sinif şagirdinin zorlanması xəbərinə RƏSMİ REAKSİYA - VİDEO
Lerik rayonunda zorlanma hadisəsilə bağlı rayon polis şöbəsilə əlaqə saxladıq.Lerik rayon Polis şöbəsinin növbətçisi, polis mayoru Vidadi Əkbərov BAKU.WS-ə açıq...