Şamaxıda 2-ci sinif şagirdinin zorlanması xəbərinə DİREKTORDAN REAKSİYA
Mətbuatda yayılan xəbərdə Şamaxı rayonunda yerləşən 5 saylı məktəbdə - Avropa liseyində ikinci sinif şagirdinin zorlanması iddia olunub. Yayılan xəbərdə qeyd olunub ki, şagird eyni məktəbdə təhsil alan oğlanlar tərəfindən zorlanıb, daha sonra xəstəxanada ölüb.
Yayılan xəbərlə bağlı adıçəkilən liseyin keçmiş direktoru Məzahir Məmmədov femida.az-a açıqlama verib. Keçmiş direktor bildirib ki, bu xəbəri məktəbdə işləyən iki nəfər qadın müəlliməsi yayıb.
"Bu xəbər kökündən yanlışdır. Mənim 62 yaşım var. Özüm də həmin məktəbdə uzun müddət direktor işləmişəm. Bu xəbəri yayan şəxslər keçən il məndən də şikayət məktubları yazırdılar. Neçə ay yoxlama keçirildi. Bir ay olar ki, həmin vəzifəni icra etmirəm. İndi də direktor vəzifəsini müvəqqəti icra edən Zərifə müəlliməni gözdən salmaq məqsədi ilə o adamlar bu xəbəri yayır. Özləri vəzifəyə gəlmək istəyirlər"
Məzahir Məmmədov, həmçinin qeyd edib ki, bu xəbərlə bağlı hüquq mühafizə orqanları və Təhsil İdarəsi tərəfindən araşdırma aparılır.
"Dünən bütün şagirdləri saydılar. Şagirdərin davamiyyəti yerindədir. Saytlar yazır ki, guya uşağı və anasını öldürüblər. Şamaxıda hamı bir-birini tanıyır. Onu harada yandırıblar ki, heç kim görməyib?"
BAKU.WS
Oxşar xəbərlər
7 yaşlı qızın zorlanma xəbəri Şamaxını ayağa qaldırdı
Mətbuatda Şamaxı rayonunda 7 yaşlı qıza təcavüz olunması xəbəri yayılıb. Məlumata görə, 5 gün öncə Şamaxı rayon Avropa liseyində (əvvəlki C.Cəbrayılbəyli adına...