7 yaşlı qızın zorlanma xəbəri Şamaxını ayağa qaldırdı
Mətbuatda Şamaxı rayonunda 7 yaşlı qıza təcavüz olunması xəbəri yayılıb. Məlumata görə, 5 gün öncə Şamaxı rayon Avropa liseyində (əvvəlki C.Cəbrayılbəyli adına 5 saylı tam orta məktəb) tükürpədici olay yaşanıb. Belə ki, sözügedən orta məktəbin 3 nəfər yuxarı sinif şagirdi 2-ci sinifdə oxuyan 7 yaşlı qızı zorlayıb. Nəticədə azyaşlı dünyasını dəyişib. Xəbərə görə, biabırçı olay gizlədilir, çünki zavallı qızcığazı zorlayanlar imkanlı ailənin uşaqlarıdır. Daha sonra xəbrin doğru olmadığı bildirilsə də, reakasiyalar davam edir.
Cebhe.info məsələ ilə bağlı Avropa liseyi ilə əlaqə saxlayıb. Liseyin direktor köməkçisi (adını deməkdən imtina edib-red) Cebhe.info-ya açıqlamasında yayılan məlumatlardan xəbərdar olduğunu deyib:
"Olayı mətbuat özündən yazıb, yoxsa buradan kimsə məlumat verib, bilmirəm. Amma bu qədər haqsızlıq olmaz. Biz bunu araşdırırıq, lazımi orqanlara məlumat vermişik. Şamaxı rayon Təhsil Şöbəsi də bu olayın izinə düşüb. Hər halda araşdırmadan sonra məlum olacaq ki, xəbəri kim çıxarıb və ya sayt özündən yazıb. Nə haqla, nəyə əsaslanıb belə bir şayiə yayıblar. Bizə lazımdır ki, məlumatı yayanın kimliyi məlum olsun. Bu söhbət yalandır. Belə bir dəhşətli olay baş verməyib. Ümumiyyətlə, bu xəbər yerə-göyə sığmır. Çox böyük bir biabırçılıqdır, insanlığa sığmayan bir şeydir. Çox səhv edib belə bir şey yazıblar. Böhtandır...”
Lisey rəsmisinin sözlərinə görə, yayılan biabırçı olay nəinki məktəbi, bütün Şamaxını ayağa qaldırıb. Məktəbdə övladları oxuyan valideynlər çox narahatdırlar:
"Bütün məktəb və valideynlər ayağa qalxıb. Biz həmin saytı məhkəməyə verəcəyik. Əsassız bir xəbəri necə yaymaq olar? Gözlə görülməyən, qulaqla eşidilməyən, fakt-sübut olmadan məlumat yaymaq nə dərəcədə düzgündür? Bizim məktəb nəinki Şamaxıda, respublikada tanınır. Görünür, bu məsələdə kiminsə marağı var. Düşünürlər ki, digər məktəblərə axın yoxdur, bura isə oxumağa daha çox uşaq gəlir. Yəqin onunla əlaqəlidir ki, bizim məktəbə uşaq çox gəlməsin. Çox güman ki, bu məsələdə düşmən əli var”.
BAKU.WS
Oxşar xəbərlər
12 yaşlı Fərəhin intihar etməsinin SƏBƏBİ - "İstəyirəm hamı mənim nazımı çəksin"
Ötən həftə 12 yaşlı Fərəh Yaqubovanın dərman içərək intihar etməsi xəbəri yayıldı. Səbail rayon 6 nömrəli orta məktəbin şagirdi olan Fərəhin intihar etməsinin...