BAKIDA ŞOK OLAY - Şagird müəlliməni döyüb dodağını partlatdı

BAKIDA ŞOK OLAY - Şagird müəlliməni döyüb dodağını partlatdı
Hadisə 2491
 

Bakının Xətai rayonunda yerləşən 95 saylı məktəbdə döyülmə hadisəsi baş verib. BAKU.WS moderator.az-a istinadən xəbər verir ki, 11-ci sinif şagirdi olan oğlan öz müəlliməsini vəhşicəsinə döyüb.

Hadisənin təfərrüatları isə belə olub:

Svetlana adlı fizika müəlliməsi şagirdin nizam-intizamından şikayət edərək onu danlayıb. Sonra daha da qızışaraq şagirdin rəhmətə getmiş atasını təhqir edib. 

Təhqirə dözməyən şagird müəlliməsinin üstünə hücum çəkib və ona ciddi fiziki xəsarətlər yetirib.

Şahidlərin dediyinə görə, müəllimənin ağzı-burnu partlayıbmış, ətraf qan içindəymiş. Köməyə gələn şagirdlər, müəllimlər və o cümlədən də direktor müəllimi güclə şagirdin cəngindən xilas ediblər.

Hadisə mediada ictimailəşdikdən sonra şagirdi tərəfindən vurulduğu iddia edilən fizika müəllimi Svetlana Əkbərova baş verənlərlə bağlı açıqlama verərək, mətbuatda yazılanların həqiqəti əks etdirmədiyini bildirib:

"Dünən şagird sinifdə mahnı oxuduğu üçün ona irad tutdum, qanacaqlı-mərifətli olmasını tələb etdim. O da ərköyün uşaqdı, çığır-bağır saldı və sinif otağını tərk etdi. Biz həmin uşağı keçən il də məktəbdən uzaqlaşdırmaq istəyirdik, bəzi səbəblərdən son anda onu sinifdə saxladıq".

S.Əkbərova bildirib ki, hazırda məktəbdə işini davam etdirir: "Yazıblar ki, guya şagird məni vurub, bunlar cəfəngiyyatdır".

Ərzai üzrə Xətai rayon 34-cü Polis Bölməsinə məlum hadisə ilə bağlı hər hansı müraciət daxil olmayıb. 

BAKU.WS

Son xəbərlər