Dayı və qardaşoğlu qəbir yeri baxmağa gedərkən qəzada öldü

Dayı və qardaşoğlu qəbir yeri baxmağa gedərkən qəzada öldü
Hadisə 129

Türkiyədə qəbir yeri baxmağa çıxan dayı və qardaşoğlu yol qəzasında həyatını itirib.

BAKU.WS xəbər verir ki, hadisə dünən səhər Giresunun Bulancak rayonunda baş verib. Anası Ayşə Şimşek üçün qəbir yeri seçməyə gedən Rayif Şimşek və onun qardaşoğlu Emin Yılmaz Kovanlık Aydındere yolunda ağır qəza keçirib. Yağış səbəbindən yoldakı sürüşkənlik nəticəsində idarəetməni itirən 28 ES 850 dövlət nömrə nişanlı avtomobil Pazarsuyu çayına düşüb.

Qəza zamanı Rayif Şimşek avtomobilin içində sıxışaraq dünyasını dəyişib, sürücü Emin Yılmaz isə təqribən 2 kilometr aşağıda cansız halda tapılıb.

Hər iki mərhum üçün Giresun Teyyaredüzü Serpilə Hatun məscidində Cümə namazından sonra vida mərasimi keçirilib. Dəfn mərasimində Giresun Bələdiyyə Başçısı Fuat Köse, siyasi partiya nümayəndələri, qohumlar və bölgə sakinləri iştirak edib.

Rayif Şimşek və Emin Yılmazın cənazələri dualarla Teyyaredüzü məhəlləsi qəbiristanlığında torpağa tapşırılıb.

Son xəbərlər