"Crocus" terroru ilə bağlı yeni detal məlum olub
Yeniliklərdən dərhal xəbərdar olun
Moskvadakı "Crocus City Hall" konsert zalında baş vermis terror aktının təşkilatçısı Şəmsidin Fəriduni cinayət əməlindən öncə digər üç həmkarına onların xəbəri olmadan narkotik maddə verib.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, istintaq zamanı götürülən qan analizində narkotik əlamətləri olmayan yeganə şəxs Fəriduni özü olub. O, digər üç həmkarının su şüşələrinə gizli şəkildə mefedron əlavə edib və onlara içməyi tapşırıb.
Hüquq-mühafizə orqanları Fəridunini "Crocus" hücumunun ən qəddar və hiyləgər iştirakçısı hesab edir. Qeyd edilir ki, o, konsert zalında güllələdiyi insanların gözlərinə baxaraq onları öldürüb.
Oxşar xəbərlər
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı
Bakının Sabunçu rayonunda, Asif Əsədullayev küçəsində (Komsomol dairəsi) yolun ortasında kanalizasiya lyukunun qapağı açıqdır. Bu barədə məlumat BAKU.WS-in "qay...