Cəlilabadda 20 000 manatlıq qızıl əşyalar oğurlandı

07
sen
2018
14:21
Cəlilabad rayonunda evdən 20 000 manatlıq qızıl əşyalar oğurlanıb. BAKU.WS Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb. Belə ki, Cəlilabad rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 22-dən sentyabrın 4-dək olan müddətdə Göytəpə şəhərindəki evlərin birindən 20 000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Şəhriyar Salmanov saxlanılıb, daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.BAKU.WS

Oxşar xəbərlər
Bakıda mənzildən külli miqdarda oğurluq
Bakıda evdən 5000 ABŞ dolları və 1700 manatlıq qızıl əşyalar oğurlanıb. BAKU.WS Daxili İşlər Nazirliyin istinadən xəbər verir ki, bu barədə polisə məlumat daxil...