Su sayğacı, akkumulyator və velosiped oğurlayan keçmiş məhkumlar yaxalandı (VİDEO)

Su sayğacı, akkumulyator və velosiped oğurlayan keçmiş məhkumlar yaxalandı (VİDEO)
Video
Hadisə 1222
Gəncə şəhər Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 6-da rayon ərazisindəki evlərin birindən 50 manat, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Xəyal Kazımzadə saxlanılıb. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun noyabrın 30-da əvvəllər məhkum olunmuş Muraz Əzizovla birgə rayon ərazisindəki çay evlərinin birindən televizor və musiqi mərkəzi oğurlamaları da müəyyən edilib. Görülən tədbirlərlə M.Əzizov da tutulub. Onun cari il avqust- noyabr ayları ərzində rayon ərazisindəki 7 evdən, habelə 2 avtomobildən pul, məişət əşyaları, təmir-tikinti alətləri, su sayğacı, akkumulyator və velosiped oğurlaması da müəyyən edilib. BAKU.WS

Oxşar xəbərlər

Bakıda əcnəbilərdən oğurluq edən şəxslər saxlanılıb

Bakıda əcnəbilərdən oğurluq edən şəxslər saxlanılıb

Xarici vətəndaşlara qarşı törədilmiş iki cinayətin üstü açılıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Səbail Rayon Polis...

1605 Hadisə 17:48 10 noyabr 2017

Son xəbərlər