Çevriliş zamanı "başı kəsilən" əsgər: "Sağ-salamatam" (VİDEO)
Türkiyədə çevriliş zamanı başı kəsildiyi deyilən əsgərin sağ olduğu məlum olub.
BAKU.WS-in məlumatına görə, başı kəsildiyi iddia olunan Burak Salıvermez haqqında çıxan xəbərlərin yalan olduğunu ifadə edərək bu məlumatlara reaksiya göstərib.
Salıvermez baş verənlərdən böyük üzüntülü olduğunu söyləyib. Salıvermez 1993-cu ildə Bahçelievlerdə dünyaya gəlib və 2013-cü ildə Şanlıurfanın Siverek bölgəsində əsgərlik çəkib. 2014-cü ildə tərxis olunan gənc sağ olduğunu və başının kəsilməsi xəbərlərinin yalan olduğunu bildirirb.
"Bu cür xəbərlər qətiliklə yalandır. Fotonu paylaşan adam mənəm. Ölmədim, öldürülmədim, başım kəsilmədi. Sağ-salamat İstanbul Avcılarda yaşayıram. İndi bəziləri o paylaşılan şəkilin mənə aid olmadığını da iddia edə bilər. Başı kəsildiyi iddia edilən adam mənəm. Bunu hər cür sübut edə bilərəm", - deyə gənc qeyd edib.
BAKU.WS
Oxşar xəbərlər
Başı kəsilən 17 yaşlı qızın gizli mesajları üzə çıxdı
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Tovuz rayonunda dəhşətli cinayət hadisəsi baş verib. Rayonun Aşağı Quşçu kəndində 17 yaşlı Günay Gülməmmədovanın meyti...