Məşhur müğənnidən həyat yoldaşına 100 minlik hədiyyə
Azərbaycandada kifayət qədər məşhur olan və sevilən türkiyəli müğənni Sərdar Ortac ayrıldığı iddia edilən həyat yoldaşına sürpriz edib. Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, ifaçı gənc həyat yoldaşı Xloe Loughnana bahalı maşın bağışlayıb.
Maşının qiyməti isə nə az, nə çox düz 100 min avrodur. Maşın 2009-cu il istehsalı olan "Mercedes Benz SL 280"dır. İdman stilində olan maşın boz rəngdədir. Cütlük bu hədiyyəni birlikdə şam edərək qeyd edib.
Cütülük restoranda əylənərkən paparatsizlərin hədəflərinə tuş gəliblər. Ortac ayrılıq barədə iddiaları da təkzib edib. O, model olan həyat yoldaşını çox sevdiyini deyib.
Bir neçə gün öncə ABŞ-da çəkilişlərə qatılan modelin döyülmə xəbəri yayaılmışdı. İrlandiyalı modelin gecə klubunda döyüldüyü iddia edilirdi. İddiaya görə, ifaçının həyat yoldaşına klubda sərxoş olan idmançılardan biri sataşıb. Model idmançını itələyərək yerə yıxıb. Dərhal yerindən qalxan idmançı gözəl modelə yumruq atıb.
Bu zaman ifaçının xanımı aldığı zərbədən yerə yıxılıb. O, döyülməsini gizlətmək üçün Sərdar Ortaca yalan danışaraq bildirib ki, səkidən yıxılıb. Ortac bu xəbərə də reaksiya verib və "yayılan xəbərlər yalandır. Pilləkandan yıxılıb", deyə o bildirib.
BAKU.WS
Oxşar xəbərlər
Fubolçu model həyat yoldaşına yenə lüks avtomobil hədiyyə etdi (FOTO)
Tanınmış türkiyəli model Ebru Şancıya futbolçu həyat yoldaşı Alpaslan Öztürk yenə bahalı hədiyyə alıb. BAKU.WS məlumat verir ki, Alpaslan Ebruya "Analar günü"...