Dünyada yeni dəhşətli və tez yayılan virus

Dünyada yeni dəhşətli və tez yayılan virus
Sosial 1547

Dünyada yeni virus sürətlə yayılmağa başlayıb.

 

BAKU.WS-in məlumatına görə, Braziliyada yaranan Zika virusu minlərlə insanı əsirinə çevirən və 21-dən çox ölkədə yayılan virus bir anda dünyanın gündəmini zəbt edib.

Virusun milçək sancması ilə yayıldığı bildirilir. Xüsusilə hamilələr üçün böyük təhlükə mənbəyi olan, virus ana bətnində olan körpələrin beynində kiçilməyə səbəb olur. Çox zaman ölümlə nəticələn, virusun səbəb olduğu xəstəlik "Mikrosefali" (balaca baş) adı ilə tanınır. Bu xəstəliklə doğulan uşaqların başı normaldan bir neçə sm daha kiçik olur.

Braziliyada bu vaxta qədər 51 uşağın bu virusdan öldüyü, başı normaldan kiçik olaraq, doğulan uşaqların sayının sentyabrda bu yana 4 minə çatdığı bildirilir. 2014-cü ildə bu rəqəm dünya üzrə 150-dən az olub.

Virusa yoluxmağın əlamətləri isə bunlardır:

Yüksək temperatur

Baş ağrısı

Gözlərdə qızarma

Qaytarma

Əzələ və oynaqlarda ağrılar

Hələlik xəstəlikdən qoruyan xüsusi peyvəndi yoxdur. Virusu araşdıran amerikalı alimlər bunun 10 il içərisində mümkün ola biləcəyini deyirlər. Braziliyalı alimlər isə peyvəndin tapılması üçün 5 ilin kifayət olduğu qənaətindədirlər.

Hələlik xəstəlikdən qorunmaq üçün milçəklərin olduğu yerlərdən, onların toxunduğu qidalardan uzaq durmaq, qollu geyimlərdən istifadə etmək tövsiyyə edilir.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanı təhdid edən ölümcül xəstəliyin əlamətləri

Azərbaycanı təhdid edən ölümcül xəstəliyin əlamətləri

Son zamanlar "Donuz qripi” – insanlar arasında yayılan müxtəlif A/H1N1 viruslarının qarışığından yaranan xəstəliyin dünyada yayılması müşaidə olunur. "Donuz...

2674 Sosial 11:51 27 yanvar 2016

Son xəbərlər