Facebook-da Eldar Mahmudov virusu yayılır

Facebook-da Eldar Mahmudov virusu yayılır
Şou-biznes 1979

Facebook sosial şəbəkəsində azərbaycanlı istifadəçilərə qəribə virus göndərilir.

BAKU.WS-in məlumatına görə, virus Word fayl, foto formasında olur. Virusun başlığında "Eldar Mahmudov – həbs sənədi” yazılır. Həmin qovluğa girən şəxsin profili avtomatik olaraq haker tərəfindən mənimsənilir. Hakerlər profili avtomatik olaraq ələ keçirir. Oradakı vacib informasiyalar oğurlanır. Şəxsi fotolar götürülür. Bundan başqa, sizin adınızdan dostlarınıza eyni virus göndərilir. Viruslar müxtəlif şəxslərin profillərindən göndərilir. İnandırıcı olsun deyə, məlumatların əvvəlində sizin adınızı da yaza bilərlər.

BAKU.WS xəbərdarlıq edir ki, həmin virusları görən zaman açmayın. Virus göndərilən şəxsi dostluğunuzdan silin və bu barədə dostlarınıza də məlumat verin. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Facebook-dan yeni terror xidməti

Facebook-dan yeni terror xidməti

Facebook sosial şəbəkəsi Fransada terror aktı törədilən ərazidə olan istifadəçiləri üçün xüsusi əlaqə xronikası yaradıb. BAKU.WS-in məlumatına görə, həmin əraz...

1444 Şou-biznes 16:00 14 noyabr 2015

Son xəbərlər