Türkiyədəki qanlı terrorun şahidi: "Azərbaycan və kürd dilində danışırdılar"

Türkiyədəki qanlı terrorun  şahidi: Azərbaycan və kürd dilində danışırdılar
Hadisə 1488

Türkiyə tarixinin ən qanlı terror hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

BAKU.WS-in məlumatına görə, partlayış zamanı hadisə yerində olan 15 yaşındakı yeniyetmə təxribatı törədənləri gördüyünü iddia edib. Adı açıqlanmayan hadisə şahidi terrorçuların üzərində bomba olduğunu bildirib. 

Yeniyetmə qız söyləyib ki, iki başı bağlı qadın məsciddən çıxaraq hadisə yerinə gəlib. Onun sözlərinə görə, məscid yaxınlığındakı digər 4 nəfər isə kürd və Azərbaycan dilində danışıb: "Aralarında nəsə danışdıqdan sonra bombaları çıxarıb bir şeylər etdilər. Bombanı qara lentlə bağladıqdan sonra bir nəfər bombanın üzərinə uzandı. Yanımda rəfiqəm var idi. Bombanı onun üzərinə atdılar. Paramparça oldu. Yalnız başı var idi. Başı ayağımın yanına düşdü. Polislərə getdim gördüklərimi dedim, ancaq mənə güldülər". 

Hadisə şahidinin sözlərinə görə, digər terrorçular şübhə çəkməmək üçün yerdəki ət parçalarını götürüb üzlərini sürtüblər: "Bombalar onların üzərində idi. Dördü içəridə idi, dördü isə çöldə. Hamısı birdən o tərəfə getdi, orada partlatdılar. Canlı bombaydı. 3 yerdə bomba partlatdılar".

BAKU.WS 

Oxşar xəbərlər

Ankaradakı partlayış anının yeni videosu (VİDEO)

Ankaradakı partlayış anının yeni videosu (VİDEO)

Oktyabrın 10-da Türkiyənin Ankara şəhərində baş verən terror aktının yeni görüntüləri yayılıb. BAKU.WS-in məlumatına görə, yeni yayılan görüntülərdə partlayışı...

2031 Hadisə 10:20 13 oktyabr 2015

Son xəbərlər