İbrahim Tatlıses həkim qəzəbinin qurbanı oldu

İbrahim Tatlıses həkim qəzəbinin qurbanı oldu
Şou-biznes 1734

2011-ci ildə silahlı hücuma məruz qalan Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlıses keçmiş həkimi İsmail Kocak tərəfindnə yenidən məhkəməyə verilib.

BAKU.WS-in məlumatına görə, birinci dəfə tanınmış müğənnini məhkəməyə verən həkim İsmail Kocak prosesin gedişatından narazı olduğu üçün yenidən şikayət edib. Həkim başından aldığı güllə səbəbindən üzün müddətdir müalicə alan pop kralı tərəfindən təhqir olunduğu üçün əsəbləşib. İbrahim Tatlıses Twitter səhifəsində onu müalicə edən İsmail Kocakı təhqir edib. "İlk dəfə bizə peşəsinin ustadı olduğunu dedi. Bizi inandırdı ki, peşəkar həkimdir. Ona inandıq və canımızı həvalə etdik. Lakin məni məhv etdi. Bunların diplomunu alasan və münasib yerinə soxasan”, - deyə İbo yazmışdı. Bundan əsəbləşən həkim müğənnini məhkəməyə vermişdi. Məhkəmə isə İbrahim Tatlısesin günahı olmadığı barədə qərar çıxarıb. Bundan sonra həkim də həmin qərarla razılaşmayıb və yenidən məhkəməyə müraciət edib. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər