Cəbrayıl rayonunda mina partlayıb, yer şumlayan 47 yaşlı şəxs xəsarət alıb

Cəbrayıl rayonunda mina partlayıb, yer şumlayan 47 yaşlı şəxs xəsarət alıb
Hadisə 7

İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Həsənli kəndi ərazisində mina partlayışı hadisəsi baş verib.

BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayəb.

Qeyd olunub ki, 1979-cu il təvəllüdlü rayonun Qumlaq kənd sakini Şəmilov Elşən Bəhlul oğlu minalardan təmizlənməmiş ərazidə traktorla yer şumlayarkən mina partlayışı nəticəsində xəsarət alıb.

Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır.

Hər üç qurum bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər