Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR

Bakı-Qazax-Gürcüstan avtomagistralının Tovuz rayonunun ərazisindən keçən hissəsində 5 hərbçi və 1 mülki şəxsin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
Hadisə şahidlərinin sözlərinə görə, qəzanın baş verdiyi ərazi birtərəfli yol olsa da, nəqliyyat vasitələrindən biri qarşı tərəfdən hərəkət etdiyindən qəza qaçılmaz olub.
"Biz avtobusla Bakıdan gəlirdik. Birdən sürücü qışqırdı ki, üstümüzə əks istiqamətdə maşın gəlir. Avtobusu çəkdi sağa, sonra manevr etdi, maşın yanımızdan keçib getdi. Bir də eşitdik ki, həmin avtomobil qəzaya uğrayıb", - hadisə şahidi İqbal İsmayılzadə deyib.
Onun sözlərinə görə, avtobusda 40-dan çox sərnişin olub.
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Bakıda qəbiristanlıqda qanlı olay: Həmyaşıdını öldürən yeniyetməyə HÖKM OXUNDU
Bakıda həmyaşıdını qətlə yetirməkdə təqsirləndirilən Y.M.-nin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Ci...
