Beş ana Bərdə Doğum Evindən əliboş çıxdı... - 1 həftədə 5 körpə öldü
01
mar
2019
14:31
Bərdə Doğum Evində bir həftədə 5 körpə ölüb.BAKU.WS ONA-ya istinadən xəbər verir ki, Bərdə rayonu Muğanlı kənd sakini, 1993-cü il təvəllüdlü Tükəzban İsmayıllının körpəsinin ölü vəziyyətdə ana bətnindən xaric olunması faktı ilə bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.Prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib, tərtib olunan müvafiq sənədlər götürülüb, ölümün səbəbini müəyyənləşdirmək məqsədi ilə məhkəmə tibbi ekspertizası təyin edilərək yeni doğulmuş uşağın meyiti müayinə olunub və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib. Qeyd edək ki, bu son günlər Bərdə Doğum Evində baş verən 5-ci körpə ölümüdür. Belə ki, fevralın 21-də Tərtər rayonu Səhləbad kənd sakini, 1981-ci il təvəllüdlü Gülxarə Əhmədovanın yeni doğulmuş oğlan uşağı, fevralın 24-ü Ağcabədi rayon sakini Ziba Qurbanovanın əkiz oğlan uşaqları, fevralın 27-də isə Tərtər rayonu, Qarağacı kənd sakini, 1998-ci il təvəllüdlü Elnarə Abdullayevanın dünyaya gətirdiyi qız uşağı ölüb.BAKU.WS
Oxşar xəbərlər
Göyçay Xəstəxanasında qadının abort zamanı ölməsi ilə bağlı cinayət işi başlandı
Göyçay Rayon Mərkəzi Xəstəxanasında qadının abort zamanı qanaxmadan ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.BAKU.WS xəbər verir ki, bu barədə hüquq-mühafizə...