“OBA” marketin administratoru bıçaqlandı – Əxlaqsız hərəkətə görə

“OBA” marketin administratoru bıçaqlandı – Əxlaqsız hərəkətə görə
Hadisə 4414
Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hadisə Bərdə şəhər Ticarət Mərkəzində baş verib.Ticarət Mərkəzinin içərisində fəaliyyət göstərən "Bərdə OBA market-7" mağazasında işləyən Məmmədova Yeganə Şakir qızına qarşı mağazanın administratoru, 1967-ci il təvəllüdlü, Bərdə şəhər sakini Həsənov Ülfət Rafiq oğlu əxlaqsız hərəkət edib.Məsələdən xəbər tutan Y.Məmmədovanın qohumu, Bərdə şəhər sakini 1993-cü il təvəllüdlü Mamedov Rəhim Elçin oğlu hadisə yerinə gələrək Ü.Həsənovla mübahisə edib.Nəticədə R.Mamedov üzərində gəzdirdiyi bıçaqla Ü.Həsənovun bədəninin müxtəlif nayihələrinə 4 bıçaq zərbəsi vurub.Yaralı Bərdə şəhər Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.Faktla bağlı Bərdə rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma maddəsilə cinayət işi başlanıb.Hadisəni törətməkdə şübhəli bilinən R.Mamedov tutularaq istintaqa təhvil verilib.BAKU.WS

Oxşar xəbərlər

Gənclər arasında bıçaqlanma – yaralılar var

Gənclər arasında bıçaqlanma – yaralılar var

Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə Qarabağ qəsəbəsində qeydə alınıb. Belə ki, rayon ərazisində məs...

759 Hadisə 09:15 18 iyul 2018

Son xəbərlər