Balakəndə ağır qəza – Sürücü öldü

Balakəndə ağır qəza – Sürücü öldü
Hadisə 1014

Bu gün səhər saatlarında Balakən rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

BAKU.WS xəbər verir ki, hadisə rayonun Katex kəndəndən şəhər istiqamətinə hərəkətdə olan “VAZ-2107” markalı, 08 BX 274 nömrə nişanlı avtomobil qəzaya uğrayıb.Avtomobilin sürücüsü, 1985-ci il təvəllüdlü Rəvan Qureyşin oğlu Mikanayev idarəetməni itirib və maşın yol dairəsinə çırpılıb.Qəza nəticəsində Rəvan Mikanayev hadisə yerində ölüb. Avtomobildə sürücüdən başqa heç kim olmayıb.Faktla bağlı araşdırma aparılır.Ziya SƏCCADBAKU.WS

Son xəbərlər