Bakının məşhur klinikasında YANĞIN: Pasiyentlər təxliyə ediliblər
Yeniliklərdən dərhal xəbərdar olun
"Bu gün saat 13:50 radələrində Baku Medical Plaza klinikalar şəbəkəsinin Babək filialında qısaqapanma nəticəsində tüstülənmə hadisəsi qeydə alınıb. Tüstülənmə klinikanın birinci mərtəbəsində yerləşən boş həkim otaqlarından birində baş verib".
Bu barədə BAKU.WS-ə Baku Medical Plaza klinikalar şəbəkəsindən açıqlama verilib.
Bildirilib ki, hadisə baş verdiyi andan etibarən klinikanın daxili təhlükəsizlik və fövqəladə vəziyyət protokollarına uyğun olaraq operativ tədbirlər görülüb, tüstülənmə mənbəyi tam nəzarət altına alınıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda klinika fəaliyyətini adi rejimdə davam etdirir və tibbi xidmətlərin göstərilməsində hər hansı fasilə yaranmayıb.
***15:06
Bakı şəhəri, Babək prospektində yerləşən "Baku Medical Plaza"da qısaqapanma olub.
BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-a xəstəxanadan məlumat verilib. Bildirilib ki, hadisə anında pasiyentlər klinika binasından çıxarılıblar, artıq hər şey yenidən öz qaydasındadır.
Bildirilib ki, hadisə nəticəsində xəstəxanaya ciddi ziyan dəyməyib.
Oxşar xəbərlər
Bakıda ucuz "iPhone" satışı adı altında vətəndaşları aldadan şəxs saxlanılıb
Sosial şəbəkədə saxta elanlar yerləşdirərək vətəndaşların pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirən şəxslə bağlı polisə müraciətlər daxil olub. BAKU.WS-...