Bakıda zəhərlənən 6 tələbə qızla bağlı YENİ XƏBƏR - YENİLƏNİB
Bakıda kirayə qaldıqları evdə zəhərlənən 6 tələbə qızdan 4-ü evə buraxılıb.
BAKU.WS Trend-ə istinadla xəbər verir ki, digər iki qız müalicələrini davam etdirir.
Xatırladaq ki, Bakıda daha 6 tələbə qız dəm qazından zəhərlənib, onların Xəzər Universitetinin tələbələri olduğu qeyd edilir.
Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, tələbələr 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər.
***09:24
Xəzər Universitetinin 6 tələbəsi zəhərlənib.
Səhiyyə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə hazırda tələbələr Təcili Tibbi yardım avtomobili ilə КТМ-in Toksikologiya şöbəsinə gətiriblər.
Onların dəm qazından zəhərlənməsi ehtimal edilir.
Qeyd edək ki, Təcili Tibbi yardıma çağırış saat 04:47 də olub. Tələbə qızların dediyinə görə, hadisə kirayələdikləri Qara Qarayev pr. 76, mənzil 28-də baş verib.
Həkimlər tələbə qızların vəziyyətini orta ağır kimi qiymətləndirirlər. Onlara lazımi tibbi yardım göstərilib. Hazırda müalicələri davam edir.
Oxşar xəbərlər
Zəhərlənən tələbələrin vəziyyətləri necədir? - Baş toksikoloq açıqladı
"Bakı Dövlət Universitetinin (BDU) zəhərlənən tələbələrinin vəziyyətləri stabildir". BAKU.WS bildirir ki, bunu APA-ya açıqlamasında Klinik Tibbi Mərkəzin Toksik...