Zəhərlənən tələbələrin rəfiqələrinin ürək dağlayan sözləri - VİDEO

Zəhərlənən tələbələrin rəfiqələrinin ürək dağlayan sözləri - VİDEO
Video
Hadisə 8196

Bakı Dövlət Universitetinin 2№li yataqxanasında zəhərlənmə hadisəsinin yeni təfərrüatları məlum olub.

BAKU.WS APA TV-yə itinadla xəbər verir ki, həkimlər Mətbuat küçəsi-36 ünvanına çatdıqda otaqda huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıblar. Onlar - Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi, 1998-ci il təvəllüdlü Həmidə İbadova və Kitabxanaçılıq fakültəsinin 4-cü kurs tələbəsi Dürrubə Quliyevadır.

Ölən tələbənin Fizika fakültəsinin 1999-cu il təvəllüdlü Şəkər Faiq qızı Xasmətova olması müəyyən edilib. Təcili Tibbi Yardım həkimlərinin bildirdiyinə görə, huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib.

“Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölüb, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb. 20-22 yaş arası olan qızların vəziyyəti kritikdir. Müalicələri davam edir.”

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev xəstəxanaya gəlib.

İkin araşdırmalardan və digər tələbələrin verdiyi məlumatdan ehtimal olunur ki, zəhərlənmə tələbələrin ev şəraitində hazırlanmış və ya marketdən alınmış konservləşdirilmiş məhsullardan istifadəsi zamanı baş verib.

Faktla bağlı Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Oxşar xəbərlər

Son xəbərlər