BDU-nun zəhərlənərək ölən tələbəsinin FOTOsu
Bakı Dövlət Universiteti zəhərləndiyi üçün dünyasını dəyişən 4-cü kurs tələbəsi Şəkər Xasmətovanın ailəsinə başsağlığı verib.BAKU.WS xəbər verir ki, başsağlığında kollektivin tələbənin vaxtsız vəfatını ürək yanğısı ilə qarşıladığı bildirilib:
“Bakı Dövlət Universitetinin Fizika fakültəsinin IV kurs tələbəsi Xasmətova Şəkər Faiq qızının vaxtsız vəfatı universitet kollektivini dərindən kədərləndirdi.
Şəkər Xasmətova universitetdə təhsil aldığı dörd il ərzində müəllim və tələbə kollektivinin dərin hörmətini qazanıb, savadı və tərbiyəsi ilə seçilib, dərslərdə öz bilik va bacarığını nümayiş etdirmişdi. Şəkərin müəllimləri və tələbə dostları, bütün universitet kollektivi onun bu dünyadan nakam köçməsini ürək yanğısı ilə qarşılayıblar.
Təəssüf ki, qabiliyyətli və tərbiyəli tələbəmiz, gələcəyin çox istedadlı mütəxəssisi və vətəndaşı dünyasını vaxtsız dəyişdi. Bu hadisədən üzüldüyümüzü bildirir, Şəkər Xasmətovanın ailəsinə, yaxınlarına dərin hüznlə bağsağlığı verir, səbr diləyirik. Allah rəhmət eləsin!”
Xatırladaq ki, zəhərlənmə universitetin 2 saylı yataqxanasında baş verib və nəticədə Xasmətova Şəkər ölüb, iki nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Zəhərlənən tələbələr Həmidə İbadova və Dürrubə Quliyevanın vəziyyəti ağır-stabil qiymətləndirilir.
Qalereya
Oxşar xəbərlər
Zəhərlənən tələbələrin rəfiqələrinin ürək dağlayan sözləri - VİDEO
Bakı Dövlət Universitetinin 2№li yataqxanasında zəhərlənmə hadisəsinin yeni təfərrüatları məlum olub. BAKU.WS APA TV-yə itinadla xəbər verir ki, həkimlər Mətbu...