Bakıda yeni tikilinin nasosxanasını su basdı

Bakıda yeni tikilinin nasosxanasını su basdı
Video
Hadisə 61

Bakıda yerləşən Olympus Botanic Garden yaşayış kompleksinin nasosxanasında problem yaranıb.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

İddialara görə, binanın ümumi su nasosxanasında MTK tərəfindən quraşdırılmış su xətləri istismara verildikdən cəmi bir il sonra sıradan çıxaraq partlayıb. Nəticədə nasosxananı su basdığı, nasos və elektrik mühərriklərinin su altında qaldığı bildirilir. Sakinlər qeyd edirlər ki, nasazlıq aradan qaldırılmasa, bütün binanın susuz qalması təhlükəsi var.

Bununla yanaşı, kompleksdə yanğın təhlükəsizliyi ilə bağlı vəziyyətin də narahatlıq doğurduğu iddia olunur. Sakinlərin sözlərinə görə, binada yanğın təhlükəsizliyi sistemləri və zəruri tədbirlər lazımi səviyyədə təmin edilməyib.

Sakinlər məsələ ilə bağlı aidiyyəti qurumların və tikinti şirkətinin vəziyyəti yerində araşdırmasını, aşkar edilən problemlərin qısa müddətdə aradan qaldırılmasını istəyirlər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər