Bakıda partlayışda xəsarət alan şəxsin kimliyi məlum olub
Ötən gün partlayışda xəsarət alan şəxsin kimliyi məlum olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, ötən gün Nəsimi rayonu Mir Cəlal küçəsi ev 40, mənzil 71 ünvanında qaz sızması nəticəsində baş vermiş partlayışda 1963 cü il təvəllüdlü Qəhrəmanov İlqar Sulduz oğlu xəsarət alıb.
Aldığı xəsarətdən İlqar Qəhrəmanov Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Hadisə ilə bağlı FHN-in Əməliyyat İstintaq İdarəsində araşdırma aparılır.
*** 30.11.2025 12:00
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Mircəlal küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzildə, ilkin ehtimala görə, qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib.
Partlayış dalğasının təsirindən ümumi sahəsi 40 kv.m olan birotaqlı mənzilin mətbəxinin pəncərəsi çərçivədən çıxıb, mətbəxin tavanının lambirdən ibarət örtüyü sıradan çıxıb. Hadisə nəticəsində bir nəfər xəsarət alıb.
FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Bakıda yaşayış binasında yanğın olub, 7 nəfər təxliyə olunub
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Xətai rayonu, Babək prospektində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlum...