Bakıda uşaqlara siqaret satan satıcılar cərimələnib

Bakıda uşaqlara siqaret satan satıcılar cərimələnib
Hadisə 348

Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində 2 marketdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilib.

DİN-dən BAKU.WS-ə verilən məlumata görə, həmin mağazaların satıcıları – M.Cəfərov və M.Salmanov barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub.

Bu istiqamətdə reydlər davam etdirilir.

Oxşar xəbərlər

Bakı polisi siqaret çəkən uşaqlara qarşı hərəkətə keçdi - FOTO

Bakı polisi siqaret çəkən uşaqlara qarşı hərəkətə keçdi - FOTO

Sosial şəbəkələrdə maraqlı görüntülər yayılıb. BAKU.WS xəbər verir ki, görüntülərdə polisin siqaret çəkən uşaqları saxladığını və onları tənbeh etdiyi əks olunu...

1059 Hadisə 09:18 04 dekabr 2019

Son xəbərlər