Uşaqlara siqaret satanlar saxlanılıb

Uşaqlara siqaret satanlar saxlanılıb
Hadisə 557

Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satan şəxs cərimələnib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.Belə ki, martın 13-də DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Səbail Rayon Polis İdarəsi əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində 1 mağazada satıcının yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktı aşkar edilib.Həmin satıcı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokol tərtib olunmuşdur.Bu istiqamətdə reydlər davam etdirilir. BAKU.WS

Oxşar xəbərlər

Yasamalda yeniyetmələrə siqaret satanlar cərimələnib

Yasamalda yeniyetmələrə siqaret satanlar cərimələnib

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq...

871 Sosial 21:20 28 dekabr 2018

Son xəbərlər