Bakı polisi siqaret çəkən uşaqlara qarşı hərəkətə keçdi - FOTO

Bakı polisi siqaret çəkən uşaqlara qarşı hərəkətə keçdi - FOTO
Hadisə 1057

Sosial şəbəkələrdə maraqlı görüntülər yayılıb.

BAKU.WS xəbər verir ki, görüntülərdə polisin siqaret çəkən uşaqları saxladığını və onları tənbeh etdiyi əks olunur.

Fotadan da göründüyü kimi polislər metro giriş-çıxışlarında siqaret çəkən uşaqları saxlayır. Onların kimliyini qeydə alır və onların valideynlərinə məlumat verir.

Qeyd edək ki, polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin Nizami, Xətai və Suraxanı RPİ əməkdaşları ilə birgə keçirdikləri reydlər nəticəsində qeyd olunan rayonlar ərazisində mağazalarda satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatısatması faktları aşkar edilib.

Həmin mağazaların satıcıları – H.Bəbirov, A.Şahməmmədov, Ə.Şükürov, Ə.Əsədullayev və İ.Şükürov barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub.

Bu istiqamətdə reydlər davam etdirilir.

Oxşar xəbərlər

Uşaqlara siqaret satanlar saxlanılıb

Uşaqlara siqaret satanlar saxlanılıb

Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satan şəxs cərimələnib.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, polis orqanla...

557 Hadisə 14:53 14 mart 2019

Son xəbərlər