Bakıda KÜTLƏVİ DAVA: Bıçaqlananlar var

Bakıda KÜTLƏVİ DAVA: Bıçaqlananlar var
Hadisə 1089
Bakıda kütləvi dava olub.BAKU.WS “unikal.org”a istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Sabunçu qəsəbəsində baş verib.Qəsəbə sakini, 1985-ci il təvəllüdlü Bağırov Zakir Vaqif oğlu qəsəbə sakini, 1980-ci il təvəllüdlü Ədalət Məhəbbət oğlu Muxtarov ilə mübahisə edib.Mübahisə davaya çevrilib və Ə.Muxtarov üzərində gəzdirdiyi bıçaqla Z.Bağırovun döş qəfəsinə zərbə endirib.Bu zaman hadisə yerində olan Z.Bağırovun qaynı, 1994-cü il təvəllüdlü Abbasov Ramin Məhəbbət oğlu Ə.Muxtarovu bıçaqlayıb.Hər iki şəhər 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.Faktla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3-cü(Xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsilə cinayət işi başlanıb.

Oxşar xəbərlər

Son xəbərlər