Bakıda avtomobil piyadanı vuraraq öldürdü - ANBAAN GÖRÜNTÜLƏR
Bakıda piyadanı öldürüb hadisə yerindən qaçan sürücünün görüntüləri yayılıb.
BAKU.WS Xəzər TV-yə istinadən məlumat verir ki, kadrlardan göründüyü kimi, 3 nəfər yolu keçməyə çalışır. Sürətlə hərəkət edən avtomobili görən iki piyada dayanır, üçüncü piyada isə qaçaraq yolu keçməyə çalışır və bu zaman avtomobillə vurulur. O, hadisə yerində həyatını itirir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, martın 31-i saat 23 radələrində Xətai rayonu ərazisində paytaxt sakini, 45 yaşlı qadın naməlum avtomobillə vurulub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə hadisəni törətmiş Bakı şəhər sakini, 31 yaşlı Şamxal Şirinov idarə etdiyi avtomobillə birgə saxlanılıb.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
110 min manat verib məktəb direktoru olmaq istədi, aldadıldı - Silsilə dələduzluğun TƏFƏRRÜATI
Bakıda orta məktəbə müxtəlif ixtisaslar üzrə müəllim vəzifəsinə işə düzəldəcəyi ilə bağlı yalan vəd verməklə şəxslərin pullarını mənimsəməkdə təqsirləndirilən Z...