Azərbaycan futbol yığması İrlandiyaya 16:0 uduzub

Azərbaycan futbol yığması İrlandiyaya 16:0 uduzub
İdman 28

17 yaşadək qızlardan ibarət Azərbaycan millisi növbəti matçını keçirib.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, yığmamız Avropa çempionatının seçmə mərhələsində İrlandiya ilə qarşılaşıb.

Görüş komandamız üçün faciəvi sonluqla yekunlaşıb. Təmsilçilərimiz ilk hissədə 9, ikinci yarıda 7 qol buraxıblar.

Matç rəqibin 16:0 hesablı qələbəsi ilə nəticələnib.

Qeyd edək ki, bu, seçmə mərhələsinin I turunun oyunu olub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər