Futbolda qeyri-adi hadisə: oyunçunun saçını yolan iki futbolçu qırmızı vərəqə aldı

Futbolda qeyri-adi hadisə: oyunçunun saçını yolan iki futbolçu qırmızı vərəqə aldı
İdman 41

CONCACAF Millətlər Liqasında Antigua və Barbuda ilə Angilya arasında keçirilən matç qeyri-adi hadisə ilə yadda qalıb. Qarşılaşmada Angilyanın iki futbolçusu rəqib oyunçunun saçını çəkdiyi üçün meydandan qovulub.

BAKU.WS xəbər verir ki, Antigua və Barbuda rəqibini 5:0 hesabı ilə məğlub edib. Lakin görüşün əsas müzakirə olunan məqamı komandanın 36 yaşlı futbolçusu Aedan Scipionun uzun saçları ilə bağlı insidentlər olub.

Scipio 69-cu dəqiqədə meydana daxil olub. Üç dəqiqə sonra onun saçını çəkən Keon Greene birbaşa qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

Matçın 90+3-cü dəqiqəsində isə Shalon Knight eyni hərəkəti təkrarlayıb. Hakim ona da qırmızı vərəqə göstərib.

Beləliklə, Angilya qarşılaşmanı 9 futbolçu ilə başa vurub. Antigua və Barbuda isə görüşdən 5:0 hesablı qələbə ilə ayrılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər