Psixoloqdan xəbərdarlıq: Cütlüklərin birlikdə məşq etməsi münasibətlərə təsir göstərə bilər

Psixoloqdan xəbərdarlıq: Cütlüklərin birlikdə məşq etməsi münasibətlərə təsir göstərə bilər
Digər 20

Birlikdə idman edən cütlüklərdə rəqabət və müqayisə hissinin yaranması münasibətlərdə gərginliyə səbəb ola bilər. Psixoloq bu amilin zamanla tərəflər arasındakı münasibətlərə mənfi təsir göstərə biləcəyini bildirib.

BAKU.WS xəbər verir ki, klinik psixoloq Yevgeniya Zmirenkovanın sözlərinə görə, məşq zamanı yaranan fiziki və emosional stress tərəflərin bir-birini nəticələrinə görə müqayisə etməsinə gətirib çıxara bilər.

Mütəxəssis qeyd edib ki, cütlüklər idman zamanı rəqabətə köklənə və tərəf müqabilindən gözləntilərini artıra bilərlər. Bu vəziyyət davamlı xarakter aldıqda münasibətlərdə də "rəqabət rejimi" formalaşa bilər.

Psixoloqun fikrincə, idman daha çox mübarizə və nəticəyə yönəlmə tələb etdiyi halda, sağlam münasibət qarşılıqlı dəstək, anlayış və qəbul üzərində qurulur.

Bununla yanaşı, məşqlərin stress hormonunun səviyyəsinin azalmasına və əhvalın yaxşılaşmasına kömək etdiyi də qeyd olunur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər