Bakı-Quba yolunda AĞIR QƏZA: Ölən var
11
avq
2026
21:38
Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə zamanı "Shachman" markalı yük avtomobili ilə "Mitsubishi" markalı minik maşını toqquşub.
Siyəzən rayonunun Zarat kəndindən keçən hissəsində qeydə alınmış avtoqəza nəticəsində həyatını itirən şəxsin kimliyi məlum olub.
Belə ki, 1981-ci il təvəllüdlü Masallı sakini Nəsib Zöhrab oğlu Tahirov iş başında olarkən iki yük maşınının arasında qalıb.
Qəza nəticəsində ağır xəsarətlər alan N. Tahirov hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
TƏBİB: Cəbrayılda minaya düşən şəxsin vəziyyəti ağırdır
Cəbrayıl rayonu ərazisində baş verən partlayış səbəbilə xəsarət alan 2000-ci il təvəllüdlü şəxs (kişi) 08.10.2026-cı il tarixində saat 15:10 radələrində Füzuli...