Bakıda yol polisi maşını qəzaya düşdü: 4 avtomobil bir-birinə dəydi (VİDEO)

Bakıda yol polisi maşını qəzaya düşdü: 4 avtomobil bir-birinə dəydi (VİDEO)
Video
Hadisə 3691

 

Bakıda zəncirvari qəza baş verib. 

"Report"un xəbərinə görə, hadisə zamanı biri Dövlət Yol Polisinə məxsus olmaqla 4 avtomobil toqquşub.

Belə ki, Yasamal rayonu ərazisində, Abdulvəhab Salamzadə küçəsindən üzü "Qələbə" meydanına doğru hərəkət edən "Nissan Armada" markalı avtomobilin qarşısına piyada çıxıb. Qəfil əyləcdən istifadə edən "Nissan" markalı avtomobilin arxası ilə hərəkət edən "Hyundai Sonata", "Hyundai ix35" və Yasamal Rayon Dövlət Yol Polis İdarəsinə (DYPİ) məxsus "BMW" markalı avtomobil bir-birinə çırpılıb.

Yasamal Rayon DYPİ-yə məxsus avtomobilin sürücüsü idarə etdiyi xidməti avtomobillə ərazini tərk edib.

Qəza zamanı xəsarət alan olmayıb. Amma hər 4 avtomobilə maddi ziyan dəyib.

Əraziyə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları cəlb edilib. 

BAKU.WS

Oxşar xəbərlər

Bakıda qəza törədən sürücü yaralı halda hadisə yerindən qaçdı

Bakıda qəza törədən sürücü yaralı halda hadisə yerindən qaçdı

Bakıda yol-nəqliyyat hadisəsi baş verib. Ramana qəsəbəsi ərazisində qeydə alınan hadisə zamanı avtomobilin sürücüsü xəsarət alıb və ərazidən qaçıb. Belə ki, y...

1305 Hadisə 19:16 21 oktyabr 2016

Son xəbərlər