Bakıda zəncirvari qəza: 12 avtomobil toqquşdu

Bakıda zəncirvari qəza: 12 avtomobil toqquşdu
Hadisə 1949

 

Dünən axşam saatlarında paytaxtın Ziya Bünyadov prospektində zəncirvari qəza baş verib. 

BAKU.WS "Report"a istinadən bildirir ki, yeraltı yol ötürücüsündə 12 avtomobil toqquşub. İlkin məlumata görə, qəzaya "MAN" markalı yük maşınını idarə edən Xaliq İbrahimovun sükan arxasında yuxulaması səbəb olub.

Qəza zamanı yük maşını sürət həddini aşıb. Nəticədə "MAN"la yanaşı, 3 "Mercedes", həmçinin "Nissan", "Lexus", "Priora", BMW və 4 digər avtomobilə ziyan dəyib.

Hadisə nəticəsində 2 nəfər yüngül xəsarət alıb. Qəza nəticəsində tuneldə təqribən 1 saatdan çox sıxlıq yaranıb.

BAKU.WS

Oxşar xəbərlər

Yağışın ilk qəzası – Tuneldə 5 avtomobil toqquşdu (VİDEO)

Yağışın ilk qəzası – Tuneldə 5 avtomobil toqquşdu (VİDEO)

Bu gün Bakıda və ölkənin digər bölgələrində başlayan güclü yağış hazırlıqsız sürücüləri yollarda çətin vəziyyətə salıb. Artıq Bakıda yağışın səbəb olduğu ilk...

1846 Hadisə 08:42 02 sentyabr 2016

Son xəbərlər