Bakıda sevgilisinin yanında ona axmaq deyən mühafizəçini bıçaqladı
08
yan
2019
20:11
Binanın mühafizəçisini bıçaqlayan şəxs bəraət almaq məqsədi ilə Ali Məhkəməyə şikayət edib.BAKU.WS "ölkə.az"a istinadən xəbər verir ki, cinayət məcəlləsinin 126.1-ci maddəsi ilə azadlıqdan məhrum edilən Ovçuzadə Mehdi Arif oğlunun məhkəmə prosesi yanvar ayının 29-da hakim Gülzar Rzayevanın sədrliyi ilə keçiriləcək. Xatırladaq ki, 2018-ci ilin may ayında Bakı Ağır Cinayətlər Məhkəməsində mühafizəçini bıçaqlamaqda təqsirli bilinən Mehdi Ovçuzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.Hakim Fikrət Qəribovun sədrlik ediyi kollegiyanın hökmü ilə Mehdi Ovçuzadə 1 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə hökmü elan edərkən zərərçəkmişə dəyən ziyanın ödənilməsini, zərərçəkmişlə barışıq olmasını yüngülləşdirici hal kimi nəzərə alıb.İttihama görə, Mehdi Ovçuzadə sevgilisi olan qızla tanışının evinə gəlib. O, maşını binanın qarşısında saxlayıb. Bu zaman binanın mühafizəçisi ilə Mehdi Ovçuzadə arasında mübahisə yaranıb.Mühafizəçi Mirzəməhəmməd Abduləzizov Mehdi Ovçuzadəyə axmaq deyib. Bundan sonra Mehdi Ovçuzadə özündə olan bıçaqla mühafizəçini vurub.Yaralı xəstəxanaya çatdırılıb, ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.BAKU.WS
Oxşar xəbərlər
Bakıda seksual manyakla bağlı YENİ XƏBƏR
Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlıya qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən Ramil Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi başa ç...