Könül Kərimovaya qarşı dələduzluq edən qadına cəza verildi
17
dek
2018
16:25
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Məlahət Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.Məhkəmənin hökmü ilə M.Məmmədova 5 il 6 ay azadlıqdan məhrum edilib.İttihama görə, M.Məmmədova bir neçə şəxsin etibarından sui-istifadə edərək, ümumilikdə 300 min manata yaxın pulu dələduzluq yolu ilə ələ keçirib.Cinayət işində zərərçəkmiş şəxs kimi Əməkdar artist, müğənni Könül Kərimova da var.M.Məmmədova müğənninin oğlu Rəşad Rəhimovu Rusiya universitetlərindən birinə qəbul etdirib, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinə köçürtdürəcəyi vədi verib. O, bu işə görə, K.Kərimovadan, ümumilikdə, 32 min manat pul alıb.Lakin sonradan verdiyi vədə əməl etməyib.Şikayət əsasında həbs edilən Məlahət Məmmədova Cinayət Məcəlləsinin 178.3.2-ci ( külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham edilib.BAKU.WS
Oxşar xəbərlər
Xəlil Rza Ulutürkün həyat yoldaşına qarşı dələduzluq edən şəxsə 4 il cəza verildi
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Mirzə Şəmsiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.BAKU.WS Trend-ə istinadən xəbər ver...