Xəlil Rza Ulutürkün həyat yoldaşına qarşı dələduzluq edən şəxsə 4 il cəza verildi
23
okt
2018
19:31
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Mirzə Şəmsiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.Məhkəmənin hökmü ilə M.Şəmsiyev 9 il azadlıqdan məhrum edilib.İttihama görə, M.Şəmsiyev mərhum xalq şairi Xəlil Rza Ulutürkün kitabını nəşr etdirəcəyini deyərək, şairin həyat yoldaşı Firəngiz Ulutürkə qarşı 4 min manat dələduzluq edib. M.Şəmsiyev bununla yanaşı daha bir neçə nəfərə qarşı dələduzluq edib. Ümumilikdə zərərçəkmiş şəxslərə vurulan ziyanın miqdarı 100 min manatdan çoxdur.Həbs edilən M.Şəmsiyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.BAKU.WS
Oxşar xəbərlər
Abşeronda 10 yaşlı qohumunu zorlayan şəxsə hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeronda 10 yaşlı oğlana qarşı seksual xarakterli hərəkətlər törətməkdə təqsirləndirilən Seyfəddin Əfəndiyevin cinayət işi üz...