Gecə klubuna getdi, son əyləncəsi oldu...
29
noy
2018
20:54
Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda gecə klubunda qanlı hadisə törətməkdə təqsirləndirilən Müzəffər Sərxanbəyovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.Məhkəmənin hökmü ilə M.Sərxanbəyov 6 il azadlıqdan məhrum edilib.İttihama görə, Müzəffər Sərxanbəyov bu ilin may ayında Bakıda Bülbül prospektində yerləşən gecə klublarından birində əyləndikdən sonra tanımadığı şəxslərlə mübahisə edib və həmin şəxsi bıçaqlayıb.O, Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə ittiham edilib.BAKU.WS
Oxşar xəbərlər
Rəqsə görə bəyin sağdışını öldürən şəxsə hökm oxundu
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qusarda rəqs etmək üstündə qətl törətməkdə təqsirləndirilən Səlim Mirzəbəyovun cinayət işi üzrə məhkəmə iclası başa çat...