Restoranda qadına təcavüz edən ofisianta hökm oxundu
22
okt
2018
21:43
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qadına qarşı təcavüzə cəhddə təqsirləndirilən Şamil Nağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.Məhkəmənin hökmü ilə Ş.Nağıyev dörd il azadlıqdan məhrum edilib.İttihama görə, Bakıda “Xan” restoranında ofisiant kimi işləyən Ş.Nağıyev həmin obyektdə qabyuyan qadını zorlamağa cəhd edib.Şikayət əsasında saxlanılan Ş.Nağıyev həbs edilib.BAKU.WS
Oxşar xəbərlər
Abşeronda 10 yaşlı qohumunu zorlayan şəxsə hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeronda 10 yaşlı oğlana qarşı seksual xarakterli hərəkətlər törətməkdə təqsirləndirilən Seyfəddin Əfəndiyevin cinayət işi üz...