Bakıda polisin saxlamaq istədiyi gənc qolunu kəsdi- FOTO
Metro keçidində polis əməkdaşlarının saxlamaq istədiyi şəxslərdən biri hər kəsin gözü qarşısında özünə ülgüc ilə xəsarət yetirib.
BAKU.WS -in Musavat.com-a istinadən xəbər verir ki, hadisə dünən "Koroğlu" metrostansiyasının keçidində baş verib.
Məlumata görə, polis əməkdaşları 20-25 yaşlarında olan iki şübhəli şəxsi saxlamaq istəyib. Onlardan biri polisin əmrinə tabe olsa da, digər şəxs müqavimət göstərib.
Hadisə şahidlərinin dediyinə görə, müqavimət göstərən şəxs dilinin altından lezva çıxararaq qoluna xəsarət yetirib. Qan içində olan şəxs dostunun sərbəst buraxılmasını istəyib.
Polis əməkdaşları özünə xəsarət yetirən şəxslə danışıq apararaq onu fikrindən daşındırıb. Hər iki şəxs polis əməkdaşları tərəfindən saxlanılıb
Onlar narkotik vasitə istifadəsində şübhəli biliniblər.
BAKU.WS
Oxşar xəbərlər
Şirvanda polis bıçaqlanıb
Şirvan sakini polis əməkdaşlarına bıçaqla xəsarət yetirib. Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, martın 21-də narkotik vasitə əldə edib s...