Bakıda yolu düzgün keçməyən piyada yol polisini bıçaqladı

Bakıda yolu düzgün keçməyən piyada yol polisini bıçaqladı
Hadisə 5648

 

Bakıda yolu düzgün keçmədiyinə görə cərimələnən şəxs polis əməkdaşlarına müqavimət göstərib.

BAKU.WS-in Report-a istinadla verdiyi məlumata görə, hadisə "Azadlıq” prospektində qeydə alınıb.

Belə ki, həmin ərazidə yolu piyadalar üçün müəyyən edilməmiş yerdən keçdiyi üçün Lənkəran şəhər sakini, 21 yaşlı Peyman Yusifli barəsində polis əməkdaşları tərəfindən protokol tərtib edilib. Buna etiraz edən P.Yusifli cibindəki bıçağı çıxararaq polis əməkdaşlarına hədə-qorxu gəlib. Bu zaman o, polis serjantlarından birinə əl və baş nahiyəsindən xəsarət yetirib.

P.Yusifli saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

BAKU.WS

Oxşar xəbərlər

Bakıda daha iki yol polisi döyülüb

Bakıda daha iki yol polisi döyülüb

Bakıda yol hərəkəti qaydalarını pozan sürücü iki polis əməkdaşını döyüb. "Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə Yasamal rayonu, H.Əliyev küçəsində baş ver...

2428 Hadisə 16:33 24 fevral 2016

Son xəbərlər