Bakı metrosunda sərnişin polisi döydü

Bakı metrosunda sərnişin polisi döydü
Hadisə 1175

 

"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin stansiyalarından birində sərnişin polisi döyüb.

BAKU.WS-in "Report”a istinadla verdiyi məlumata görə, hadisə metronun "Həzi Aslanov” stansiyasında baş verib.

Belə ki, Bakı şəhər sakini 1987-ci il təvəllüdlü Faris Əsədov sərxoş vəziyyətdə stansiyaya daxil olaraq metrodan istifadə qaydalarını pozub. Bu zaman orada xidmətdə olan polis serjantı Bəhruz Zeynalov onu intizama dəvət edib. Lakin F.Əsədov müqavimət göstərərək B.Zeynalova xəsarət yetirib. Polis əməkdaşı üz nahiyəsindən xəsarət alıb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb. Araşdırmalar davam etdirilir.

BAKU.WS

Oxşar xəbərlər

Bakıda kütləvi dava: polislər yaralandı

Bakıda kütləvi dava: polislər yaralandı

Bakıda sərxoş gənclərlə polis əməkdaşları arasında insident baş verib. BAKU.WS-in Report saytına istinadən verdiyi məlumata görə, Səbail rayonu, Xəqani küçəsin...

1584 Hadisə 11:07 25 noyabr 2015

Son xəbərlər