Bakıda komandir intihar etdi - Məktub qoyub

Bakıda  komandir intihar etdi - Məktub qoyub
Hadisə 3965

Bakıda bir neçə gün əvvəl baş verən intihar hadisəsi ilə bağlı bəzi faktlar məlum olub.

BAKU.WS-in APA-ya istinadən məlumatına görə, aprelin 27-də özünü asaraq intihar edən Sulutəpə qəsəbə sakini, 50 yaşlı Həbib Mirzəyev sabiq polis əməkdaşı olub.

O, polis mayoru rütbəsində Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Neft Kəmərlərini mühafizəsi idarəsində bölük komandiri vəzifəsində çalışıb. Təqribən 1 il əvvəl isə öz xahişi ilə işdən çıxıb.  

Məlumata görə, H. Mirzəyev intihar etməzdən əvvəl məktub yazıb. Məktub cinayət işinin istintaqını aparan müstəntiq tərəfindən götürülüb. Həmin məktubda nə yazılması barədə ailə üzvləri məlumatsızdır.

Onu da əlavə edək ki, H Mirzəyev intihar etməzdən bir neçə dəqiqə əvvəl "whatsapp”-da status paylaşıb.

Onun intihardan əvvəl yazdığı statusu təqdim edirik:

BAKU.WS

Oxşar xəbərlər

17 yaşlı məktəbli qıza görə intihar edib

17 yaşlı məktəbli qıza görə intihar edib

Xırdalan şəhəri, Rəsulzadə küçəsində intihar hadisəsi qeydə alınıb. BAKU.WS xəbər verir ki, SalamNews-un əldə etdiyi məlumata görə, 11-ci sinif şagirdi Əsədli...

1625 Hadisə 14:31 15 fevral 2017

Son xəbərlər